Salomon qızılböcəyi
Salomon qızılböcəyi (lat. Ancylocheria salomonii) — Sərtqanadlılar dəstəsinə, Qızıl böcəklər fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır.
Böcəyin bədəni yaşılımtıl – firuzəyi rəngdədir. Qanadüstlükləri və ön döş üzərində narıncı ləkələr vardır, ətrafları yaşıl rəngdədir.
Çin, İran, Türkiyə, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan (Zaqatala, Qəbələ, Şəki, Göyçay, Yevlax, Naxçıvan MR) ərazilərində rast gəlinir. 1919-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1928-ci ildə M.Axnazarov tərəfindən Naxçıvanda 1 fərd, 1929-cu ildə E.Hauser tərəfindən Ordubadda 2 fərd, qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir.
Cənubi Qafqaz qovağından ibarət olan çaykənarı tuqay meşələrində məskunlaşır. Növün ekologiyasına dair məlumat yoxdur.